Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculu işləri üçün dövlət büdcəsindən əlavə vəsai ayrılır.

Sabahinfo.az-ın məlumatına görə, Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılır.

Artımdan sonra bu xərc 5 milyard 260,0 milyon manat məbləğində olacaqdır.