“Sputnik-Azərbaycan”ın fəaliyyəti qadağan edilsin” - Vahid Əhmədov

"Bildiyiniz kimi, Azərbaycanda “Sputnik” agentliyi fəaliyyət göstərir və onun rəhbəri Marqo Simonyandır".

Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov səsləndirib.

Deputat qeyd edib ki, bu kanal, ümumiyyətlə, Azərbaycanda dezinformasiyaların yayılması ilə məşğul olmasına baxmayaraq, hələ də fəaliyyət göstərir: “Üstəlik onun rəhbərliyinə Abzaxiya və cənubi Osteiyada fəaliyyət göstərmiş polkovnik gətirilib. Hesab edirəm ki, bu agentlik Azərbaycanda ümumiyyətlə fəaliyyətini dayandırlmalıdır”.