27 Sentyabr - Anım Günü münasibətilə Qərbi Kaspi Universitetində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşlar iştirak ediblər.
Tədbir zamanı Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib, onların şərəfli ömür yolu və göstərdikləri misilsiz qəhrəmanlıqdan bəhs olunub.
Tədbirin davamı olaraq iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib, burada şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Şəhidlər ölməz, Vətən bölünməz!