( Bu yazı peşəsini vəzifəsiniz vicdanla yerinə yetirənlərə şamil edilmir)
Fikirlərimi yazmazdan əvvəl bir neçə maraqsız cümlədən istifadə etmək istəyirəm ki, iki cümlədən sonra yazımı oxumayasan. Əgər yazının əvvəlini oxuyub, "boş şeydir” deyə keçə bilirsənsə, onsuz da bu yazı sənin üçün maraqlı olmayacaq. Odur ki, sən bu məqaləni OXUMA!
" Tibb fakultəsindən aldığım bu diplomun mənə qazandırdığı haqq və vəzifələri öz mənfəətim üçün istifadə etməyəcəyimə, həyatımı insanlıq xidmətləinə həsr edəcəyimə, insan həyatına mütləq şəkildə hörmət edəcəyimə və bildiklərimi insanlığa qarşı istifadə etməyəcəyimə, ixtisasım üzrə öyrəndiyim sirləri gizlin saxlayacağıma, müəllimlərimə və həmkarlarıma hörmət edəcəyimə, din, millət, cinsiyyət, irq və partiya fərqlərini vəzifəm və vicdanım arasında girməsinə icazə verməyəcəyimə, içimi dürüstlük və qüururla həyata keçirəcəyimə namusum və şərəfim üstünə and içirəm”- bu tibb elminin atası sayılan Hipokratın andıdır. Bütün dünyada tibbi təhsilini başa vuran həkimlər təhsillərini bitirdikləri zaman bu andı içirlər.
Bir neçə gün əvvəl sosial şəbəkələrdə İranda dünyasını dəyişim 10 aylıq körpənin nəşinin valideyinlərinin xəstəxanaya borcu olduğu üçün onlara verilmədiyi barədə xəbərlərlə qarşılaşmışdıq. Sonra bir çox qurumların müdaxilələri nəticəsində körpənin nəşi valideyinlərinə qaytarıldı.
Yox mən xəstələrimizin niyə xarici ölkələrə müraciət etməsini tənqid etməyəcəm. Onları bu addımı atmağa məcbur edən Azərbaycan həkimlərinin içdikləri anda necə xəyanət etməsindən danışacağam. Dəfələrlə bu barədə şikayətlər edilsə də, həkim laqeyidliyi ucabtından insanların dünyasını dəyişdiyi iddia edilsə də, ölkədə Səhiyyə sisteminin acınacaqlı vəziyyətdə olduğunu heç kim etiraf etmək istəmir. Əgər ölkədə Səhiyyə sistemi etibarlı olsaydı, insanlar müalicə üçün xarici ölkələrə müraciət etmək məcburiyyətində qalmazdı.
Son dövrlərdə artan ana və uşaq ölümləri bir daha ölkədə Səhiyyə sisteminin hansı səviyyədə olduğunu sübut edir. Xəstəxanalarda həkimlər xəstələrə gəlir mənbəyi kimi baxır. Əlində cibindədirsə, "xanımsan”, "müəllimsən”. Yox pul verməyi düşünmürsənsə, növbədə axırdan axırdasan.
Həkimlərin dərman şirkətləri ilə müqavilələr əsasında reseptlər yazması, xəstəyə xəstəliyinə uyğun olmayan dərmanların yazılması, xəstəyə düzgün diaqnozun qoyulmaması, xəstələrin əməliyyat zamanı dünyasını dəyişməsi, müalicənin düzgün aparılmaması, müalicənin həkim mənfəətinə uyğun aparılması və s. bu kimi iddialarla dəfələrlə qarşılaşmışıq. Deyirlər "od olmayan yerdən tüstü çıxmaz” bu həqiqətən belədir.
Çünki həkimlərimiz "həkimin maaşı yaxşı olsaydı rüşvət almazdı” prinsipi ilə yaşayır. Hansı xəstəxanaya gedirsənsə, gey həkimin gözü sənin əlində olur. Çox az vicdanlə həkim tapılar ki, onu sənin cibin maraqlandırmasın. Dövlət xəstəxanalarında həkimə pulu az verəndə deyir ki, "özəldə bilirsən bunun qiyməti nə qədərdir”? Özəl xəstxanaya müayinə üççün getmək isə adam elə qiymətə başa gəaəlir ki, oturub hesablayada düşünrsən ki, bunu başqa ölkədə etsəm daha ucuz və keyfiyyətli olar. Bir neçə gün Öncə Mərkəzi Nfetçilər Xəstəxanası haqqında yayılan audio da mənim dediklərimi sübut edirəm Əslində dediklərimi sübuta ehtiyacı yoxdur. Mənim dediklərim hamınızın bildikləridir.
Səbəb isə budur ki, tibbi təhsil keyfiyyətsizdir deyə həkimlərin çoxu savadsızdır. Yerli təhsilli və savadsız həkimlər sayca çox olduğundan və səhiyyəsinin idarəçiliyini ələ keçirdiklərindən onlar (xüsusən də yaşlılar) xaricdə oxuyub gələn həkimləri sıxışdırırlar. Bir növ yaşamaq uğrunda münarizə gedir. Xarici təhsillilər özəl klinikalarda iş tapırlar. Ancaq qeyd etdiyim savadsız çoxluq onların əleyhinə kompaniyalar aparır, intriqa yaradırlar. Məsələn mənim bir həkim dostum var. Uroloq cərrahdır. Türkiyədə oxuyub, Amerika Klievlenddə təcrübə keçib, çalışıb. Azərbaycanın yerli təhsilli uroloqları ona qarşı yüz cür intriqa edir, ləkələməyə çalışırlar.
Səhiyyəmzin ən böyük problemlərindən biri də müasir tibbi avadanlıqların çatışmaması, onları işlədə bilən həkimlərin az olmasıdır. Klinikalara lisenziyaların Azərbaycansayağı "hörmət” prinsipi ilə verilməsi də bir problemdir. Klinikalarımızda həkimlərin ixtisasını dəyişib başqa bilmədiyi sahə üzrə həkim işləməyi var.
Həkimlərin uğursuzluqları barədə dəfələrlə danışsaq da, onları cəzalandırmaq əvəzinə yuxarı başa "buyur” edən dövlət məmurları olduqdan sonra Azərbaycan Səhiyyəsinin inkişafından söhbət gedə bilməz. Bilməz çünki inkişaf onlara sərf eləmir. Azərbaycan vətəndaşının xarici ölkələrə getməsnin qarşısını almaq üçün tək bircə yol var. O da Səhiyyə sistemini kökündən dəyişmək, gənc-xaricdə təhsil almış, xüsusi təcrübə keçmiş kadrlara üstünlük verməkdən keçir. Ümid edirəm ki, bildiyinizi xatırlatmağım qıcıq yaratmadı. Azərbaycanda gərgin islahatlar gedir və bizim bu saat daha çox Səhiyyə sistemində islahatlara ehtiyacımız var....
Eşidilmək arzuyla...
İradə CƏLİL