“Azərbaycan Gözəli-2023” Milli Gözəllik Müsabiqəsinin birinci yerinin sahibi Fəridə Əhmədovaya Albaniyada keçiriləcək beynəlxalq gözəllik yarışmasında iştirak etmək təklif olunub.
Fəridə Əhmədovanın saytımıza verdiyi məlumata görə, yarışmanın təşkilatçıları onunla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıblar. Daha sonra aparılan telefon danışıqları zamanı ona Albaniyada təşkil olunacaq beynəlxalq gözəllik yarışmasında Azərbaycanı təmsil etmək təklifi verilib.
“Azərbaycan Gözəli-2023” müsabiqəsinin qalibi bildirib ki, hazırda dəvəti dəyərləndirir. O, yarışmanın şərtləri və iştirakla bağlı məsələlər onun üçün uyğun olacağı təqdirdə Albaniyaya gedərək beynəlxalq müsabiqədə iştirak etməyi nəzərdən keçirir.