Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri təltif olundu

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oktay Mehdiyev və Qubadlı şəhəri üzrə tibbi koordinatoru stomatoloq Ağa Məmmədov Dövlət Sərhəd Xidməti tərəfindən ''Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə' medalı ilə təltif olunublar.

Bu yüksək qiymətləndirmə onların dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirdikləri fəaliyyətin, vətənpərvərlik ruhunda gördükləri işlərin və ölkəmizin müdafiə qüdrətinin gücləndirilməsinə verdikləri töhfənin göstəricisidir.

Azərbaycan Könüllü Həkimlər Assosiasiyası olaraq, bu əlamətdar təltif münasibətilə Oktay Mehdiyev və Ağa Məmmədovu təbrik edir, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayırıq.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Müzəffər Ordumuzu və qəhrəman hərbçilərimizi təbrik edir, dövlətimizin və xalqımızın daim əmin-amanlıq və zəfər içində olmasını arzulayırıq.

Yaşasın Azərbaycan Ordusu!