“28 May” stansiyasının əsas girişi açılıb

Stansiyanın əsas girişi uzun müddət idi təmirə bağlanmışdı

Bu gündən Bakı Metropoliteninin "28” May stansiyasının əsas girişi açılıb. Bu barədə"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qeyd edək ki, «28 May» metro stansiyasının təmirinə 2013-cü ildə başlanıb. Yenidənqurma işləri ilə əlaqədar sərnişinlər əsas çıxış, ikinci çıxış və giriş, eləcə də «Cəfər Cabbarlı» stansiyasının giriş və çıxışından istifadə edirdilər