Ağcabədidə 4 otaqlı evdə yanğın hadisəsi baş verib.Sabahinfo.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, rayonun Yeni Qaradolaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.