Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 64 dəfə pozub. Müdafiə Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Cəbhədə silahlar susmur
Goranboy
rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt,
Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Cəvahirli,
Sarıcalı, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli
rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında,
həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri
atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.