Bakıda avara və dilənçiliklə məşğul olan 13 nəfər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən bildirib ki, Nəsimi RPİ İctimai Təhlükəsizlik Şöbəsi və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avara və dilənçiliklə məşğul olan 13 nəfər (3 kişi, 3 qadın və 7 azyaşlı) saxlanılaraq barələrində müvafiq tədbir görülüb.