Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən
abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin
qəbulu bu gün başa çatır.
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasından verilən məlumata görə, 29 aprel saat 15:00-a olan
məlumata əsasən 81579 abituriyent öz elektron ərizəsini dolduraraq
təsdiqini təmin edib.
5407 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsələr də, həmin ərizələri təsdiq etməyiblər.
Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.