Məktəblilər Çanaqqalaya gedəcək

Çanaqqala zəfərinin 100 illiyi yubiley tədbirində iştirak etmək üçün Azərbaycanın ümumtəhsil məktəblərindən bir qrup müəllim və şagird heyəti qardaş ölkəyə səfər edib. Aprelin 20-də başlanan və 27-dək davam edəcək səfər çərçivəsində azərbaycanlı şagirdlər Türkiyənin bir sıra şəhərlərində olacaq və nəhayət aprelin 24-də Çanaqqalada təşkil olunacaq yubiley tədbirində iştirak edəcəklər. Azərbaycandan Türkiyəyə gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə Türk Dünyası Araşdırmalar Vəqfi, Bakı Atatürk Liseyinin şagirdləri də daxildir. Səfərdən əvvəl Liseyin müəllim və şagird heyəti Şəhidlər Xiyabanına gedərək Türk Şəhidliyini və Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən həmvətənlərimizin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyublar.