Bu gün bəzi saytlarda və sosial şəbəkələrdə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun vəzifəsindən kənarlaşdırıldığı xəbəri yayılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı modern.az-a deyib ki, yayılan məlumatlar tamamilə yalan və əsassızdır: "Bu barədə qeyri-ciddi saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə yalandır, şayiədir və heç bir əsası yoxdur” Qurum rəsmisi bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama da yayılacaq: "Belə əsaslandırılmamış məlumatlara inanmayın. Məsələ ilə bağlı rəsmi açıqlama da yayacağıq”. Nəcməddin Sadıkov 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib. 2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.