Ötən gecə cəbhədə yaşananlar - Dəhşətli görüntülər - Video

Xəbər verdiyimiz kimi, ermənilər aprelin 27-dən 28-ə keçən gecə cəbhə xəttində yenidən gərginlik yaradıblar. 27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Nəticədə 76 ev dağılıb, 1 ev yanaraq kül olub. Açılan atəşlər nəticəsində 7 dinc sakin yaralanıb, 2 nəfər isə vəfat edib. Lider TV ötən gecə cəbhədə yaşananları lentə alıb. Həmin görüntüləri təqdim edirik: [[MEDIA_0]]