QHT-lərin bank hesablarından həbs götürüldü

"Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasına daxil olan daha üç QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb. Bu barədə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT-in toplantısında bildirib. O qeyd edib ki, koalisiyaya cəmi 137 QHT daxildir. Onlardan 8-nin bank hesabına həbs qoyulmuşdu. "Əvvəl 5, dünən isə qalan 3 QHT-nin bank hesabına qoyulmuş həbs götürülüb", - deyə Ə. Nuriyev bildirib. O əlavə edib ki, QHT-lərdən müsadirə olunmuş avadanlıqların da əksəriyyəti qaytarılıb:"Bəzi sənədlər qalır ki, onlar da yaxın vaxtlarda qaytarılacaq. QHT sədrlərinin ölkədən çıxışında da hər hansı problem yoxdur, onlar gömrük-keçid məntəqələrində əvvəlki kimi ciddi yoxlanılmayacaqlar". apa