Samux rayonunda ev yanıb.
Sabahinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Samux rayonu, Seyidlər kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqlı evin tavanı və mətbəxin yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 7:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.