Sirkə turşusu içmiş Biləcəri qəsəbə sakini xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, aprelin 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Asudə Cabbarova ehtiyatsızlıqdan sirkə turşusu içib.
Xəstəxanaya yerləşdirilən A.Cabbarova aprelin 18-də orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.