Yaponiyanın paytaxtı Tokio şəhərinin ticarət mərkəzlərindən biri robot "qadın”ın xidmətlərindən istifadə etməyə başlayıb.
Sabahinfo.az"RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ayko Tixira adı verilən və ənənəvi yapon geyimi kimonoda olan robot "qadın”ın vəzifəsi qonaqları salamlamaq və nəyin harada satıldığını izah etməkdir. "Toshiba”nın məhsulu olan robotun danışarkən dodaqları tərpənir, o, başını yana çevirə bilir və əlləri ilə jestlər edə bilir.
Robot 10 aya yaradılıb və hazırda şirkət daha hərəkətli olacaq iki modelin hazırlanması üçün iş aparır.