Yevlax rayonunun Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 30-da saat 01 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndində Ağdaş rayon sakini Rəşad Sadıqov idarə etdiyi "Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini Ramin İsayev hadisə yerində ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.