Bakıda köməksiz vəziyyətdə qalan 10 nəfər xilas edilib.
Sabahinfo.az
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir
ki, Nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,
Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 10 nəfər
köməksiz vəziyyətdə qalıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.