İngiltərədə qəribə hadisə baş verib.
Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, Suffolk qəsəbəsində yaşayan Ceki Rouland və Toninin 11 ayda iki dəfə əkiz uşağı dünyaya gəlib. Cekinin ötən ilin oktyabrın 11-də iki qız uşağı doğulub. İki ay sonra yenidən hamilə qalan qadın sentyabrın 14-də daha iki uşaq dünyaya gətirərək əkiz oğul anası olub.
Qeyd edək ki, Ceki ilə Toninin 5 yaşlı bir qızı da var.