"Apple" şirkəti rekorda imza atdı

Apple Inc şirkəti üçün 2015-ci maliyyə ili onun tarixində ən uğurlu il olub: gəlir 28% - təxminən 234 milyard dollara çatıb, Apple şirkətinin rəhbəriTim Kukbildirib.

"2015-ci maliyyə ili Apple tarixində ən uğurlu il olub, gəlirlər 28% -təxminən 234 milyard dollar artıb”, - Tim Kuk bəyan edib.

2015-ci ilin dördüncü rübündə şirkətÇində iPhon smartfonuna olan tələbat sayəsində Uolt-stritin gözlədiyindən daha çox gəlir əldə edib. Bununla yanaşı,iPhone və Mac kompüterlərinin satış həcmi rekord həddə çatıb.

Dünyanın ən bahalı şirkətinin qiymətli kağızlarının dəyəri oktyabrın 27-də əsas sessiyasının bağlanışındansonra Nyu-York satışlarında 0,6% artıb.

Şirkətin hesabatında qeyd edildiyi kimi, 2015-ci ilin sentyabr ayının 25-də sona çatanIV maliyyə rübü ərzində onun gəliri 31% - 11,1 milyard dollara qədər artıb, bir il öncə analoji dövr üçün bu göstərici 8,5 milyard dollar idi. Aksiyalardan gələn gəlir buyback proqramı fonunda 38%, 1,42-dən 1,96 dollara qədər artıb.

Apple-ınrüblük gəliri 22% - 42,12 milyarddan 51,5 milyard dollara qədər artıb. Gəlirin 62%-i beynəlxalq satışların payına düşür.

Bloomberg tərəfindən sorğuya cəlb edilən analitiklərApple-ıngəlirlərini 10,8 milyard dollar və ya 51 milyard dollar gəliri zamanı aksiya üçün 1,88 dollar kimi proqnozlaşdırıblar. Şirkətin öz proqnozunda da ən yüksək gəlir 51 milyard dollar idi.

AnalitiklərApple-dən oktyabr-dekabr aylarıərzindəorta hesabla77 milyard dollar səviyyəsindəgəlir – 18,1 milyard dollar və ya aksiya üçün 3,22 dollar gəlir olacağını gözləyirlər. Birinci maliyyə rübü Milad mövsümünə düşür, ona görə də o, dövr Apple və bu sahənindigər şirkətləri üçün ən əlverişli mövsüm hesab edilir.