"Su-24"ün qara qutusu açılır

Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsinin qara qutularının şifrələrinin açılması prosesi başlayıb.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Rusiya təyyarəsi 24 noyabr 2015-ci il tarixində terrorçulara qarşı əməliyyat zamanı vurulub. Vurulma anında qırıcıdan paraşütlə atılmağı bacaran podpolkovnik Oleq Peşkov Suriya terrorçuları tərəfindən öldürülüb.