Kürdəxanı çimərliyində boğulan 4 nəfərin meyiti sudan çıxarılıb.
Məlumata görə, batanlar Balababa, Murad, Kamran və Əli adlı dostlar olublar.
Faktla bağlı araşdırma aparılır.
***
İyulun 28-də Pirşağı çimərliyində batan 4 nəfərdən 2-sinin cansız bədəni tapılıb.
Dənizdə batan 4 nəfər dost olub. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləridir.
Məlumata görə, onlardan ikisinin meyiti hadisədən bir neçə dəqiqə
sonra çıxarılıb. Onların cənazəsi ailə üzvlərinə təhvil verilib. Axşam
saatlarından FHN əməkdaşları araşdırmaları davam etdirir.
Onların tapılıb-tapılmaması barədə hələki dəqiq məlumat yoxdur.
Əldə etdiyimiz məlumata görə dünyasını dəyişən gənclərin yanında
daha 3 dostu olub. Onların hamısı eyni anda boğulmaq təhlükəsi ilə
üz-üzə qalıblar. 3 nəfər dənizdən çıxa bilsə də, 4 nəfər suda boğulub.
Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.
Qeyd edək ki, dünən Bakıda ümimi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişib.
(musavat.com)