12 noyabr tarixində “Tullantıdan dəyərə — enerjidən yaşıl gələcəyə” konsepsiyası əsasında yaradılan BOEC Eko Parkın açılış mərasimi keçirilib. Layihə şəhid tələbələrimizin əziz xatirəsinə həsr olunub.
Tədbirdə ADNSU-nun rektoru Rüfət Əzizov, kollec rəhbərliyi adından Zümrüd Vəliyeva və YAP nümayəndəsi Altun İbrahimov çıxış edərək layihənin əhəmiyyətini, ekoloji maarifləndirmənin və kolleclərin cəmiyyətin inkişafındakı rolunu vurğulayıblar.
Tələbələrimizin təkrar emal olunmuş materiallardan hazırladıqları yaradıcı layihələr, ekoloji təşəbbüslər və musiqi çıxışları tədbirə xüsusi rəng qatıb. Şəhid tələbələrimizin xatirəsinə Eko Parkda ağaclar əkilərək onların əziz xatirəsi yaşıllıqla yaşadılıb.
BOEC Eko Park tələbələrimizin biliklərini praktikaya çevirdikləri, yaradıcılıqlarını nümayiş etdirdikləri və ekoloji düşüncələrini inkişaf etdirdikləri yeni öyrənmə məkanıdır.
Bu təşəbbüsə dəstək olan bütün qonaqlarımıza, tərəfdaşlarımıza, müəllim və tələbələrimizə təşəkkür edirik!
🌱 Yaşıl gələcək bizim bugünkü təşəbbüslərimizdən başlayır!
#BOEC #EkoPark #TullantıdanDəyərə #YaşılGələcək #EkolojiMaarifləndirmə #ŞəhidlərimizinXatirəsi