Mircəlil Qasımlı
Milli Məclisin deputatı
1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun möhkəm təməllərini müəyyən etmişdir.
Konstitusiyamız dövlətimizin müstəqilliyinin, suverenliyinin, vətəndaşlarımızın hüquq və azadlıqlarının başlıca hüquqi təminatıdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Konstitusiyamızın ali prinsiplərinə əsaslanaraq Azərbaycanın inkişafına, qanunun aliliyinin və dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edir.
12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, dövlətimizə daim qüdrət və tərəqqi arzulayıram!