AMEA-nın 61 nəfər evsiz əməkdaşına verilmiş evlərin sənəd və açarları sahiblərinə təqdim olunub.
Sabahinfo.az xəbər verir ki, tədbirdə Akademiyanın vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti Aparatının məsul əməkdaşları iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzillə təmin olunması məqsədilə evlərin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqların davam etdirildiyini vurğulayıb.
Bu məsələyə hazırlıq məqsədilə AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 nömrəli sərəncamı ilə komissiya yaradılıb. Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və qeydiyyatı olub yaşamayan vətəndaşlar müəyyənləşdirilib, yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılıb.