Asteroidlər Yerə su gətirə bilərlər. Oxşar proseslər Günəş sisteminə
daxil olan planetlərdə də ola bilər.Trend-in məlumatına görə, bu barədə
"Monthly Notices of the Royal Astronomical Society" jurnalında elmi
məqalə dərc edilib.Britaniya alimlərinin Kanar adalarında teleskopla
apardığı müşahidələr zamanı atmosferdə tərkibinin çoxu hidrogen və
oksigendən ibarət olan xeyli ulduz aşkar edilib.Hesab edilir ki, bu
elementlərin üzərinə böyük göy cisimləri - güman ki, asteroidlər düşə
bilər.Bu halda asteroidin gətirdiyi suyun həcmi Yer kürəsindəki okean
sularının ümumi həcminin 1/3-nə bərabər ola bilər.