AYB-də kadr dəyişikliyi

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın, Yazıçılar  Birliyinin katibi Çingiz Abdullayevin, sədr müavini Nazim İbrahimovun və "Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlının iştirakı ilə Quba rayonunda geniş toplantı keçirilib. Toplantıda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan AYB üzvləri də  iştirak ediblər. Toplantını AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı açaraq Quba bölməsinin fəaliyyəti ilə bağlı heasbat xarakterli çıxış edib. Ramiz Qusarçaylı başqa bir işə keçməsi səbəbilə Quba bölməsinin sədrliyindən öz ərizəsilə istefa vermək istəyində olduğunu bildirib. AYB sədri, xalq yazıçısı Anar çıxışında Quba bölməsinin sədri Ramiz Qusarçaylının fəaliyyətini mübət qiymətləndirdiyini, onun istefa ərizəsinin katiblik tərəfindən anlayışla qarşılandlğını və ona gələcək fəaliyyətində uğurlar arzulaqdıqlarını bildirib. Katbiliyin qərarı ilə , "Qobustan” jurnalının baş redaktoru, nasir, dramaturq, tərcüməçi  Vaqif Əlixanlı Yazıçılar Birliyinin Quba bölməsinə yeni sədr təyin edilib. Vaqif Əlixanlıya isə şair Zakir Məmməd müavinlik edəcək.