Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov dəfn edilib.
Sabahinfo.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid hərbi qulluqçu ailəli olub, 2 oğlu var.