Azərbaycanda 100-dən çox məhbus əfv olunacaq

Sabahinfo.az xəbər verir ki bunu AzVision.az-a açıqlamasında Əfv komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. "Yaxın günlərdə komissiya öz işini yekunlaşdıracaq” Neçə nəfərin əfv olunacağına gəlincə, M.İbrahimqızı bildirib ki, əvvəlki illərdə olduğu kimi, əfv olunanların sayı 100-dən az olmayacaq. "Çalışırıq ki, əfv olunanların sayı maksimum dərəcədə çox olsun. Biz bunun üçün çalışırıq. Əfv etmək səlahiyyəti isə prezidentə məxsusdur”. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv fərmanını bu il martın 18-də imzalayıb. Həmin siyahıya əsasən, 90 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.