I Avropa Oyunları ilə bağlı bir sıra marşurut xətlərində avtobusların hərəkəti dayandırılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Movqe.az-a "Bakısərnişinnəqliyyatı" MMC-nin Dispetçer Xidmətindən məlumat verilib.
Hərəkəti dayandırılan 14,32, 25, 90, 53,188 saylı xətlərdə hərəkət edən avtobuslardır. 194 saylı marşurut xətti isə I Avropa Oyunları ilə əlaqədar qısaldılıb.
"Bakısərnişinnəqliyyatı" MMC-nin Dispetçer Xidmətindən bildiriblər ki, 14 saylı marşurut xətində avtobusların hərəkəti bu gündən dayandırılıb.