Qızın nə vaxt və hansı şəraitdə dənizə düşməsi məlum deyil
Bir neçə gün əvvəl Bakıda dəniz sahilində tapılan körpə qız meyitin kimliyi müəyyən edilib.Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində Bibiheybətdə dəniz sahilində meyiti aşkar edilmiş körpə qızın 3 yanvar 2013-cü il tarixində anadan olmuş və Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 36-da yaşamış Mirzəyeva Cəmilə Ramil qızı olması müəyyən edilib.
2 yaşlı qızın hansı şəraitdə və nə vaxt dənizə düşməsi, eləcə də digər suallar ətrafında araşdırmalar davam etdirilir.
*****
17 aprel
Bakıda dəniz sahilindən körpə qızın meyiti tapılıb. Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 16-da Səbail rayonu Bibiheybət qəsəbəsinin dəniz sahilində üzərində zorakılıq əlamətləri görünməyən 2-3 yaşlı qız meyiti aşkarlanıb
Faktla bağlı araşdırmalar aparılır.