Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb.
Sabahinfo.az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Salyan şossesi, ev 12 b ünvanında valideyn nəzarətindən kənarda qalan 2 yaşlı Ramal Elzamin oğlu Paşayev binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlığında oynayarkən küçə itləri ona hücum ediblər.
[[MEDIA_0]]
İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.