Bakıda xadiməyə təcavüz etdilər, müqavimət göstərib qaçdı

Bakıda bir kişi kafedəxadiməyə təcavüz etməyə cəhd göstərib.

Bu barədəOxu.Az-a Xətai rayonuhüquq-mühafizə orqanlarından məlumat veriblər.

Hadisə avqustun 7-sisaat 02:00-da İsmayılov küçəsindəkafenin yanındabaş verib.

40 yaşlı xadimə çalışdığı yerdən çıxıb evinə doğru getdiyi zaman hücuma məruz qalıb. Cinayətkar qadına təcavüz etmək istəyib, lakin qadın müqavimət göstərərəkqaçmağı bacarıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 35-ci Polis bölməsinin əməkdaşları şübhəli şəxsi saxlayıblar. Bu, Knyaz Tarverdiyevdir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Bu arada, Binəqədi rayonunda taksi sürücüsü saxlanılıb. O, bu yaxınlarda Beynəlxalq Avtovağzal Kompleksinin yanında fahişəliklə məşğul olan bir qadınatəcavüz edib.

Daha əvvəlOxu.Azbu barədə məlumat yaymışdı.

Xatırladaq ki, zərərçəkmiş qadın iki kişi tərəfindən təcavüzə məruz qaldığını bildirib.