Mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində xəsarət almış 56 nəfərə tibbi yardım göstərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın verdiyi məlumata görə, həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 Travmatologiya və Ortopediya İnstitutuna, 1 Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib.
Onun sözlərinə görə, hadisə yerindən 14 meyit götürülüb. Bundan başqa, 1 nəfər Klniki Tibbi Mərkəzdə vəfat edib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Liya Bayramova xəsarət alanların çoxunun artıq evə buraxıldığını bildirib. Hazırda sadəcə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 14 nəfər qalıb ki, onların da vəziyyəti yaxşıdır.