Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdəA/H1N1 virusu təsdiqlənib.
Bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib. O bildirib ki, 16 nəfərin virusa yoluxması bu nəticələrə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib.
"Azərbaycanda hazırda nə epidemiya, nə də pandemiya var. Mövsümi qrip müşahidə edilir.A/H1N1 virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir".
Qeyd edək ki,A/H1N1 virusu başqa adla"Donuz qripi" kimi tanınır.(trend)