Bu gün Bərdədə 50 yaşlı kişini ildırım vurub.
Hadisə saat 08 radələrində rayonun Ləmbəran kəndində qeydə alınıb.
Kənd
sakini 50 yaşlı Mayıl Süleyman oğlu Süleymanov heyvanları örüşə
çıxarıb. Kişi heyvanları oturarkən ildırım çaxırmış. Bu zaman kişini
ildırım vurub. Mayıl Süleymanov yerindəcə keçinib.
Qeyd edək ki, Mayıl Süleymanov ildırım çaxan zaman telefonla danışırmış.
Faktla bağlı araşdırma aparılır.