Səfər Sadiqi: "Onlar Avropa Oyunlarını yüksək qiymətləndirir və bu məqsədlə Bakıya gəlmək arzusunda olduqlarını bildirirlər”
"Avropa Oyunları ilk dəfədir ki, keçirilir və yarış Avropa üçün bir
yenilikdir. Ümidvaram ki, Avropa Oyunları gözəl bir nəticə verəcək və
davamlı olacaq”. Bu fikirləri "OLAYLAR”-a Danimarkadakı "Vətən”
Cəmiyyətinin sədri Səfər Sadiqi səsləndirib. Bildirib ki, Azərbaycanın
təbliğində 2012-ci ildə Bakıda keçirilən "Eurovizon” musiqi yarışması
böyük rol oynadı: "İnanıram ki, Avropa Oyunları da Azərbaycanın
təbliğində mühüm rol oynayacaq. Torpaqlarının işğal olunmasına
baxmayaraq bu problemin sülh yolu ilə həll edilməsinə çalışmağımız və
sülhsevər xalq olduğumuz bir daha avropalılara çatdırılacaq. Eyni
zamanda Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olmasını
dünya xalqları əyani şəkildə görəcəklər”. Səfər Sadiqi deyib ki, Birinci
Avropa Oyunlarına gələcək idmançılar və turistlər Azərbaycanın
inkişafını, güclü iqtisadiyyata malik olmasını, Bakımızın gün-gündən
gözəlləşməsini öz gözləri ilə görəcəklər”. Səfər Sadiqi rəhbərlik etdiyi
qurumun Birinci Avropa Oyunları ilə bağlı
Danimarkada təbliğat işləri həyata keçirdiyini də diqqətə çatdırıb: "
Cəmiyyətimiz tərəfindən Avropa Oyunları geniş təbliğ olunur. Bu oyunlara
danimarkalıların maraqları böyükdür. Onlar Avropa Oyunlarını yüksək
qiymətləndirir və bu məqsədlə Bakıya gəlmək arzusunda olduqlarını
bildirirlər. Danimarkalılarla Azərbaycanda keçiriləcək Avropa Oyunlari
barədə daniışanda onların cavabı belə olur:"Hazırda Oyunlar üçün bilet
əldə etməyə çalışıram. Həm Oyunlara baxmaq, həm də Bakını görmək
istəyirəm”. Cəmiyyət sədri qeyd edib ki, adətən belə yarışmalar,
tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır və bir körpü rolunu
oynayır: "Avropa Oyunları da belə yarışmalardan olacaq".