ayın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gecəyə doğru bəzi
yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir
güclənəcəyi gözlənilir. Gecə 8-13° , gündüz 16-21° isti olacaq.
Naxçıvan
Muxtar Respublikasında arabir şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-13°, gündüz 22-27° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9°,
gündüz 12-17° isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, yağış
yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14° isti, gündüz 20-25° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb
küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13°, gündüz
17-22° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir,
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında,
əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
ehtimal edilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış
yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 13-15°, gündüz 20-25°, dağlarda
gecə 6-10°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.