Qoç - Xırdalıqlara əhəmiyyət verməyin. Möhtəşəm planlar,
yaxşılığa doğru böyük dəyişikliklər, irimiqyaslı döyüşlər və müvafiq
qələbələr günüdür. Bədxahlarınızın qarşınıza çıxarmağa heç nələri
yoxdur. Aydındır ki, gücləriniz bərabər deyil və siz çox-çox üstünsünüz.
Sizə
inanan, sizinlə qürur duyan və bunu gizlətməyən insanlarla ünsiyyət
xoşunuza gələcək. Sizi tərifləyənlərə qulaq asın, komplimentlərdən həzz
alın - hamısı ürəkdən gələn sözlərdir. Bu gün sizi təkcə gözəl sözlər,
sevgi etirafları, həmçinin qiymətli hədiyyələr gözləyir.
Buğa - Başqa
adama həvalə etmək, yaxud qeyri-müəyyən müddətə təxirə salmaq
istədiyiniz işlərə xeyli vaxt sərf etməli olacaqsınız. Həm çətin, həm
asan məsələləri məhz özünüz həll etməlisiniz. Planlaşdırmadığınız
xərclər, dəyərli bir əşyanı itirməyiniz mümkündür.
Asanlıqla
nəyəsə həvəsiyir, başınızı itirir, dəlicəsinə aşiq olur, hadisələrin
inkişafını sürətləndirir, yeni münasibətləri daha ciddi məcraya
yönəltməyə çalışırsınız. Bu da boşuna deyil: intuisiyanız deyir ki, siz
öz qismətinizi tapmısınız.
Əkizlər - Nə
istədiyinizi və bunun üçün nələrdən keçəcəyinizi yaxşı bilirsiniz.
Sizinlə sövdələşmək mümkün deyil: öz mövqeyinizdən bir addım da geri
çəkilmək fikriniz yoxdur və güzəştə getmirsiniz. Belə mövqe sizə
yaraşır: ən azından ətrafınızdakılar sizə tez-tez diqqət yetirir, gah
gizli, gah da aşkar şəkildə xarakterinizin gücünə həsəd aparırlar.
Enerjinizi
lazımi məcraya yönəldə bilsəniz, gününüz uğurlu olacaq. Əks halda
münaqişələr, mübahisələr, ciddi fikir ayrılıqları yarana bilər.
Gəzintiyə çox vaxt ayırın. İdman və fiziki işlə məşğul olmaq
xeyrinizədir.
Xərçəng - Özünəinamlı və
diqqətsizsiniz. Tənqidi qeydləri, məsləhətləri qulaq ardına verməyə
meyllisiniz, başqasının təcrübəsi nəzərə alınmalı olan yerdə öz
intuisiyanıza güvənməyə üstünlük verirsiniz. Amma bəxtiniz gətirir:
hətta əgər səhv də etsəniz, onun nəticəsi elə də ağır olmayacaq.
Bu
gün sizi çox sərt danışmaqda, güzəştə getməməkdə qınayacaqlar. Onların
buna tam haqları da çatır. Amma maraqlıdır ki, bu hərəkətiniz sizin üçün
doğrudan da vacib olan insanlarla münasibətlərinizə kölgə salmır. Sizin
xasiyyətinizə bələd olduqları üçün bu gün onları qorxutmursunuz.
Şir -
Nə qədər müqavimət göstərsəniz də, xoşagəlməz vəziyyətə düşürsünüz.
Bədxahlarınızın sayı durmadan artır, yeni tərəfdaşların peyda olacağına
isə ümid etməyin. Kimsə kömək təklif edirsə, bunu elə ağızucu deyir ki,
məsələnin nə yerdə olduğunu həmin dəqiqə anlayırsınız.
Odur
ki, müstəqil hərəkət edəcəyinizə əvvəlcədən hazır olun. Bu, bir az
yorucudur, amma səmərəsi az deyil və maraqlıdır. Üstəlik, yeni və
faydalı nəsə öyrənə bilərsiniz. Uzunmüddətli səfərlər məsləhət deyil,
gəzinti və piyada ekskursiyalar isə yaxşı keçəcək.
Qız - Sizin
nailiyyətləriniz və zəhmətiniz kölgədə qalmır. Ancaq sizi
tərifləyənlərin heç də hamısı bunu səmimi qəlbdən etmir. Mürəkkəb,
qarışıq situasiyaya düşməmək üçün hər kəsə inanmayın. Əks halda çox
dəyərli saydığınızdan məhrum ola bilərsiniz. Bədxahlarınıza yaltaqlıq
vasitəsilə etibarınızı qazanmağa imkan verməyin.
Ətrafınızda
baş verənlərlə bağlı çox fikirləşirsiniz, amma qəti bir nəticəyə
gəlmirsiniz. Tələsib qəti qərarlar verməyin, əlaqələri qırmağa can
atmayın.
Tərəzi - Ciddi mövzularda
söhbət, birbaşa sizin peşəkar fəaliyyətinizlə bağlı sualların müzakirəsi
üçün əla gündür. Köməyinə ümid etdiyiniz nüfuzlu adamlar etibarınızı
doğruldacaqlar. Üstəlik, elə təkliflər alacaqsınız ki, ilk dəfədən öz
xoşbəxtliyinizə inanmağınız gəlməyəcək.
Şəxsi münasibətlərdə
təşəbbüskar olun. Öz yarlarını axtaran Tərəzilər maraqlı tanışlıqlara və
taleyüklü görüşlərə hazır olsunlar. Sevgililər gözəl vaxt keçirəcəklər.
Əqrəb -
Qələbə qazanmaq şansınız böyükdür. Bunun üçün elə də çox şey lazım
deyil: azca özünüzə inam və riskə getmək hazırlığı. Sizi qorxutmaq
istəyən, təhlükələri böyüdən insanlara qulaq asmayın. Həyəcanlı
tanışlarınızın gözləntilərinə rəğmən hər şey çox gözəl keçəcək.
Yeni
təəssürat axtarışındasınız və bu həvəsinizi təmin etməkdə pis heç nə
yoxdur. Eksperimentlərdən, yeni tanışlıqlardan qorxmayın, öz hissləriniz
barədə açıq danışın. Nə qədər cəsarətli olsanız, bir elə yaxşıdır.
Alış-verişə çıxa bilərsiniz.
Oxatan - Gün
asan başlamır. Hər dəqiqə verdiyiniz vədləri yada salırlar. Bunların
bəzilərini isə siz heç yerinə yetirmək fikrində deyildiniz. Hiyləgərlik
etməli olursunuz, amma bütün sirləriniz bir-bir faş olur və nüfuzunuza
xələl gətirir. İntriqalardan uzaq durun: bunların üstü açılacaq və məhz
siz ziyan çəkəcəksiniz.
Günün ilk yarısı yaxşı olan səhhətiniz
axşama doğru pisləşə bilər. Xroniki xəstəliklərinizin güclənməsi
mümkündür. Bu gün tək müalicəyə deyil, eyni zamanda diqqətə ehtiyacınız
var. Yaxınlarınız sizi qayğıyla əhatə etsələr, daha tez sağalarsınız.
Oğlaq -
Günün çox hissəsini köhnə səhvləri düzəltməyə həsr edəcəksiniz.
Bunlarınsa çox az hissəsi sizə aiddir. Özgələrin ideyalarını həyata
keçirməli, başqalarının aralarında olan münaqişələri yoluna qoymalı
olacaqsınız. Öz işlərinizə diqqət ayırmaq üçün yalnız axşam vaxtınız
olacaq.
Romantik görüşlər, gəzintilər, qeyri-formal şəraitdə
ünsiyyət üçün yaxşı gündür. Gələcəyə nikbinliklə baxan adam təsiri
bağışlayırsınız, bu səbəbdən də yeni tanışlarınızın rəğbətini
qazanırsınız.
Dolça - Hətta ən yaxın
adamlarınızın təqdir etməyəcəkləri qərarlar verməyə qadirsiniz. Bu gün
"bir nəfər hamıya qarşı" situasiyasındasınız. Həsəd aparılası halda
deyilsiniz, amma şərait öz gücünüzü düzgün qiymətləndirməyə imkan
yaradır. Bundan başqa, məhz nəyi istədiyinizi, yeni məqsədlərinizi təyin
edə bilərsiniz.
Unutmayın, həqiqi həmfikir tapmaq şansınız
çox deyil. Sizin tərəfinizdə olduqlarını bəyan edən insanlar arasında
bədxahlarınız, hətta ikiüzlü satqınlar az deyil.
Balıqlar - Çox
dəyər verdiyiniz şeyləri itirə bilərsiniz. Səbəb isə odur ki, real
vəziyyətlə barışmaq istəmirsiniz. Bu gün çox şeyə qadirsiniz, amma hər
şeyə deyil! Bununla barışın, o zaman həyatın acılığından şikayətiniz
olmaz.
Ağlınıza çoxlu xoşagəlməz fikirlər gələcək,
özünütənqid, kökündən dəyişmək hissi güclənəcək. Sakit olmağa çalışın,
ciddi ədəbiyyat oxuyun, ağıllı filmə baxın - bir sözlə, düşünmək üçün
özünüzə şərait yaradın.