QOÇ - Nahara qədər fəaliyyətlə bağlı bütün öhdəliklərinizi yerinə
yetirməyə çalışın. Sonrakı müddətdə isə maraqlı görüşləriniz mümkündür.
Bu gün büdcənizdə artım ola bilər.
BUĞA -
Yersiz lovğalıq, acıdillilik etmək sizə yaraşmır. Hətta belə bir
təqvimdə şit zarafatlara da yol verməməlisiniz. Hər bir məsələyə ciddi
yanaşın. Sevdiyiniz adamları xoşhal edin.
ƏKİZLƏR
- Yalnız öz mənafelərinizə uyğun addım atın. Kənar məsləhətlərə və
riskli işlərə ciddi yanaşmayın. İkitərəfli sövdələşmələrdə təşəbbüsü ələ
alsanız, uğurlarınız da artacaq.
XƏRÇƏNG -
Ulduzlara inansaq, müəyyən gərginliklərlə üzləşmə ehtimalınız var. Odur
ki, ağlınız kəsməyən işlərə girişməməlisiniz. Nahardan sonra şəxsi
büdcənizdə artım gözlənilir.
ŞİR - Heç nədən
narahat olmayın. İradəniz hesabına özünüzü daxilən rahatlayın. Ulduzlar
nahardan sonra sevindirici xəbərlər, perspektivli təkliflər alacağınızı
bildirir.
QIZ - Ümumi halsızlığınızı nəzərə
alıb ağır fiziki işlərə ara verin. Çünki səhhətinizdə baş qaldıran
xoşagəlməzliklər buna imkan verməyəcək. Yeməyinizə və yuxunuza diqqət
yetirin.
TƏRƏZİ - Aktiv gündür. Nə qədər çətin
olsa da, ağıllı risk edib öz perspektivlərinizə yaxınlaşa bilərsiniz.
İndiki məqamda sizə dəstək verənlər çox olmalıdır. Büdcənizdə artım da
gözlənilir.
ƏQRƏB - Elə hey pulsuzluqdan
şikayət edirsiniz. Müşahidələrə görə bu, heç kimə uğur gətirmir. Deməli,
usanmamalı, yalnız əzmkarlığınızı artırmalısınız. Çünki indi sizin ən
enerjili vaxtınızdır.
OXATAN - Neçə gündür
ulduzlar əsəbi görkəm aldığınızı bəyan edir. Amma bu gün təxminən saat
12-dən sonra vəziyyət xeyrinizə dəyişəcək. Əsas diqqətinizi məhəbbət
amilinə yönəldin.
OĞLAQ - Ciddi dönüş
astanasındasınız. Hətta elə bir hadisə baş verə bilər ki, şəxsi
taleyinizdə təkan olsun. Yaxşı olar ki, xırda məişət problemlərini
kənara qoyub bəşəri ideyalar haqda düşünəsiniz.
SUTÖKƏN
– Kosmik ahəng gün ərzində varlanma ehtimalınızın yüksək olmasını
göstərir. Odur ki, bütün gücünüzü bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu
adamlarla görüşdən yayınmayın. Səhhətinizi qoruyun.
BALIQLAR
- Qarşınızda olduqca uğurlu bir gün durub. Aktivliynizi artırmaqla
nəzərdə tutduğunuz mühüm işləri reallaşdıra bilərsiniz. Səbəbsiz
məsələlərə görə əsəblərinizi korlamayın.