Can yuxuda ürək şamdı , Gecədən sabaha kimi. Iynə ucu boyda yol var Savabdan günaha kimi.
Xəyanətdən yanan Yurddu, Kim unutdu , kimsə uddu . Bu ağacı kim qurutdu Kökündən budağa kimi ?
Dağ başında sinəmdə dağ . Dağmı dağı ovudacaq ? Işıq salmadı bu ocaq Bu dağdan o dağa kimi.
Dil dilləndi... Olan oldu. Söz bulandı , söz duruldu. Ilahi , nə çətin yoldu Sinəmdən dodağa kimi.
Dərdik . bitirdik bu günü, Gedənlər yığsın köçünü. Cavanşir , dur yu içini ... -Ötürüm bulağa kimi ?