Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütlükləri müəyyənləşib. "Mançester Siti" Madrid "Real"ına, "Atletiko" (Madrid) isə "Bavariya"ya rəqib olub. Final matçında "Mançester Siti" - "Real" cütünün qalibi nominal meydan sahibi olacaq. Qeyd edək ki,Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları26/27 aprel -3/4 may tarixlərində keçiriləcək. Final isə mayın 28-də Milanda olacaq. "Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya) "Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)