Diqqətin, qayğının, sevginin təzahürü - Foto - Video

Heç kimə sirr deyil ki, bu gün cəmiyyətimizin və dövlətimizin sürətli inkişafı, İqtisadiyyatımızın bütün sahələrə təsir etdiyi kimi, sosial sahələrədə öz təsirini göstərib. Təkcə bir şeyi vurğulamaq yetərlidir ki, son 15 ildə yüzlərlə məktəblər, bağçalar- uşaq evləri, xəstəxanalar, yetim və valideyin himayəsindən məhrum uşaqlar üçün yardımçı internat məktəbləri tikilib və ya əsaslı təmir olunub. Sosial sahəyə yönələn diqqət hər zaman qürurverici olub.

Lap uşaqlıqdan böyüklərə hörmət, qocalara diqqət və qayğı göstərmək bizim ən böyük təqdirəlaiq işlərimizdən biridir.

... Təxminən 10 il bundan qabaq idi, Bakının Bilgəh qəsəbəsində yerləşən, "Qocalar evin"dən reportaj hazırlamağa getmişdim. desəm ki getməyimə peşman olmuşdum, lap səmimi alınar. Belə ki, qocaların şəraitindən, gün-güzəranından çox pis olmuşdum. Hətta yekun olaraq deyim ki, getməyimədə peşman olmuşdum. Amma bir neçə gün bundan öncə saytımız olaraq "Qocalar evin"dən - Müharibə və Əmək Əlilləri üçün Pansionata, Bilgəh kəndinə üz tutası olduq. Bu dəfə gördüklərimiz tamam fərqli idi. 10 il bundan qabaq, gördüklərimiz mənfi auradan heç bir əsər qalmamışdı. Yaxşı vaxta düşmüşdük Pansiaonatın direktoru Qətibə xanım Əsədova texniki işçilərlə birlikdə, Pansionatın həyətində ağac əkidirlər. Qətibə xanımla söhbətimiz zamanı Dövlət tərəfindən göstərilən dioqqətdən razılığını bildirdi. Cənab Prezidentimiz İlham Əliyevin, Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın qocalara olan sevgivə diqqətindən könülxoşluğu ilə danışdı. Əmək və Əhalinin Sosila Müdafiəsi naziri cənab Səlim Müslümovun daim diqqətində olduqlarını söylədi.

Pansionatın bir neçə sakinindən video-müsahibələr aldıq, fotoçəkilişlər etdik. Həmin video və fotoçəkilişləri sevgi ilə oxucularımıza təqdim edirik:

Hazırladı: Yusif, Sərvər
[[MEDIA_0]]