“Dünyaya mesaj” adlı layihənin açılış mərasimi keçirilib

Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri İmanova Günayın Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII Qrant müsabiqəsində qalib gəlmiş "Dünyaya mesaj” adlı layihəsinin açılış mərasimi keçirilib.
Sabahinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İmanova Günay vurğulamışdır ki, ermənilərin "böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələnmişdir. Bu qanlı tarix qısa fasilələrlə XX əsr boyu mərhələ-mərhələ təkrarlanmışdır. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırım aktları mənfur bir niyyətə söykənir: nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləmək. Bu niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. Bu layihənin də həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin Qarabağ tarixi və mədəniyyəti haqqında məlumatlılığının artırılması, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir.
Daha sonra İmanova Günay layihə çərçivəsində görüləcək işlər barədə layihə iştirakçılarına məlumat verib.