Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır,
lakin hesab edir ki Dağlıq Qarabağ probleminin həlli əsnasında xalqların
öz müqəddəratını təyin etmək hüququ da nəzərə alınmalıdır, Rusiyanın
"Novosti"informasiya agentliyinə (RİA Novosti) müsahibədə Ermənistan
prezidenti Serj Sarkisyan bildirib.
"Biz istənilən dövlətin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü
tanıyırıq. Lakin xalqların öz müqəddəratının təyin etməsi heç də ərazi
bütövlüyü prinsipinə zidd deyil. Ona görə ki, ərazi bütövlüyü
dövlətlərarası münasibətlərə, öz müqəddəratını təyin etmək isə,
paytaxtla kompakt yaşayan xalq arasındakı əlaqələrə aiddir (ələlxüsus öz
tarixi vətənində yaşayan). Sivil dünyada bütün məsələlər silah tətbiq
edilmədən həll olunur. Xalqların öz müqəddəratını təyin etmək prinsipini
rədd ediriksə, onda gərək Sovet İttifaqı tərkibindən çıxmayaydıq, bu ki
həmin prinsip əsasında baş tutmuşdu. Odur ki, bu prinsiplər bir-birinə
zidd deyil", - Ermənistan prezidenti "Rossiya seqodnya" beynəlxalq
informasiya agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində
deyib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Sarkisyanın sözlərinə görə
Yerevanla Bakı bir neçə dəfə Dağlıq Qarabağ tənzimlənməsinə dair onun
(tənzimlənmənin) təməl prinsiplərini əks etdirən sənəd imzalamağa yaxın
olublar.
"Dəqiq desək: erməni tərəfləri - Ermənistan və Dağlıq Qarabağ - hazırda
təhlükəsizlik zonası qismində tutulmuş, azərbaycanlıların işğal altında
olan dediyi, əraziləri tərk edir, lakin sənədin birinci bəndində aydın
həkk olunub ki, Dağlıq Qarabağın son hüquqi statusu Dağlıq Qarabağ
əhalisinin arzusunu azad izhar etmək yolu ilə müəyyən ediləcək... Daha
sonra kimin iştirak edəcəyi, gündəlik məsələlər açıqlanır. Bir sözlə,
referendum... Lakin hər dəfə Azərbaycan tərəfi yeni tələblər irəli
sürüb", - Sarkisyan deyib.
Onun sözlərinə görə, erməni tərəfi indi də həmin sənədə qayıtmağa hazırdır.
Azərbaycan tərəfi Ermənistan prezidentinin bəyanatını şərh etməyib.
"Lakin belə hallarda bizim hazırlığımız heç nədir, çünki belə hallarda
tərəf yox, tərəflər hazır olmalıdır. Bundan başqa, aprel hadisələri
göstərdi ki, tərəflər arasında heç etimad yoxdur", - Ermənistan
prezidenti deyib.
Qaynar xətt
"Məsələn, təmas xəttində kimsə atəş açır, və bizim məlumatlara görə, azərbaycanlılar atır. Mən telefon dəstəyini götürüb Azərbaycan prezidentinə zəng edib, deyirəm: "atırlar". O da həqiqətən yoxlayır", - Sarkisyan deyib.
Sarkisyan özü də nəzarət təşkil edib Azərbaycan prezidentinə dəqiq "bizimkilər atır ya yox" məlumat verməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, 1990-cı illərdə də "qaynar xətt" yaratmağa cəhd edilmişdi.
"O zaman mən Ermənistanın müdafiə naziri olmuşam, vizim Azərbaycan müdafiə naziri ilə birbaşa rabitəmiz var idi. Biz ekstremal hallarda, təcili təmas lazım gəldikdə, əlaqə yarada bilirdik" , - o deyib.
Serj Sarkisyan RİA Novosti agentliyinə müsahibəsində Ermənistan hökumətinin ölkə ərazisində "İskander" tipli Rusiya raket komplekslərini "regionda hərbi vəziyyəti birtəhər müvazinətləşdirmək üçün" yerləşdirdiyini bildirib.
"Düşünürəm ki, bu, məcburiyyətdən atılan addım olub... Sirr deyil ki, Azərbaycan son illər ərzində müntəzəm olaraq ən yeni silah növlərini alıb. Bizim elə imkanlarımız yoxdur", - Sarkisyan etiraf edib.
Onun sözlərinə görə, regionda silahlanma yarışını beynəlxalq münasibətlərdə neqativ amildir.