Beyləqan rayonunda bədbəxt hadisə baş verib. Yuxarı Qarabağ kanalının rayonun İkinci Aşıqlı kəndi (bəzi mənbələrdə "Görüş" adlanan ərazi) ərazisindən keçən hissəsində batan şəxsin kimliyi müəyyənləşib.
Suda boğulan şəxsin rayon sakini, 2007-ci il təvəllüdlü (19 yaşlı) Rəvanə Rəşad qızı Hüseynli olduğu bildirilir.
Məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Hazırda R. Hüseynlinin axtarış-xilasetmə işləri davam etdirilir, faktla bağlı araşdırma aparılır.