Dünyanın ən məşhur sosial şəbəkəsi Facebook-la bağlı sorğu keçirilib.ANS
PRESS-in məlumatına görə, "Slater and Gordon Lawyers" hüquq şirkətinin
mütəxəssisləri tərəfindən aparılan araşdırmadan maraqlı nəticələr ortaya
çıxıb. Məlum olub ki, Facebook ailələrdə boşanma hallarına 5 il
əvvəlkindən daha çox təsir edir. İstifadəçilərin əksəriyyəti sosial
şəbəkələrə görə nikahlarını pozmağa qərar verirlər.Sorğuya görə, hər
yeddinci britaniyalı həyat yoldaşı sosial şəbəkələrdə həddən artıq vaxt
keçirdiyi üçün boşanma haqqında fikirləşir. Demək olar ki,
respondentlərin yarısı Facebook-da həyat yoldaşının hesabını gizli
olaraq yoxlayır. Sorğuda iştirak edən hər beşinci şəxs həyat yoldaşı ilə
sosial şəbəkəyə görə dalaşır. Ər-arvadların təminən 25%-i həftədə bir
dəfə Facebook-a görə mübahisə edir.Cütlüklərin 17%-i internetdə həyat
yoldaşı haqqında hansısa informasiyanı gördüyü üçün hər gün ailədə
dava-dalaş olur. 58%-dən çox insan öz hesab paralonu həyat yoldaşına
söyləyir.