Harda görərsən.?
Gözlərim səmanın buludlarıdı,
Çaxanda şimşəktək,dola bilərmi?
Sən məni unutsan,unut əzizim,
Mən səni unutsam,ola bilərmi?
Bir qaya olacam,bir daş olacam,
Bir sual boğacaq məni içimdə.
Mən özüm,özümə sirdaş olacam,
Bəlkə də qalacam,neçə seçimdə.
Gözlərin gözümü,arayar bir gün,
Bir gün darıxanda,darda görərsən,
Nə səsim olacaq,nə o ərköyün,
Getmişem,axtarma,harda görərsən..?
***
Bu axşam
Yoxluğun qəlbimə qonaq bu gecə,
Bilirəm bir başqa gecə bu axşam.
Nəfəsim kəsilir,gözüm arayır,
Ürəyim darıxır,necə bu axşam.
Bir sükut,bir də mən,mən deyiləm ki,
Bütün ağrılara,tən deyiləm ki,
Dözümüm tükənib,sən deyiləm ki,
Gözlərimi yumam keçə,bu axşam.
Bilmirsən,heç bilmə,hardan biləsən?
Ölürəm,vəfasız,daşmısan,nəsən?
Sevgilər sayrışan,küləklər əsən,
Viranə qalıbdı,küçə bu axşam.
Yenə acıqlıdır,mənə gözlərim,
Çətin ki,ağlaya,dinə gözlərim,
Yenə yuxusuzdur,yenə gözlərim,
Bu nisgillə yatar üçə bu axşam...
Ürəyim darıxır necə,bu axşam..!
***
Sən geri dönmə
Gəlmə,çıx ömrümdən,genimdə dayan,
Saçlarıma saldın,dən,geri dönmə.
Şirin yuxulara batmısan indi,
Tək qaldım yuxuda mən geri dönmə.
Bəxtimi,sevgimi döndürüb getdin,
Axan göz yaşımı,sindirib getdin,
Eşqinin odunu,söndürüb getdin,
Getdiyin eşqində sön,geri donmə.
Baxma,kədərimə,gülərəm əlbət,
Ağlaram,ağlaram silərəm,əlbət,
Tanrıdan bir şeyi,dilərəm əlbət,
Bir daha ömrümə,sən,geri dönmə!